Tailand sakini olan qadını gecə yatdığı yerdə piton dişləyib.
Teleqraf.com The Sun-a istinadən xəbər verir ki, ilan 75 yaşlı Kaev Sadsofun otağına borudan daxil olub və ona hücum edib.
Dəhşətli ağrıdan oyanan qadın 44 yaşlı oğlu Nakornu köməyə çağırıb.
"Elə bildim ki, dəhşətli yuxu görürəm. Ayağımda sümüyə işləyən ağrı hiss edib yuxudan oyandım. Çevrildim və döşəmədə sürünən canlını gördüm. Bu, ilan idi. Bilmirəm, o, məni niyə dişlədi. Axı mən yatmışdım və heç kimi narahat etmirdim. İndi bu otaqda yatmaq mənim üçün dəhşətlidir", - aev Sadsof deyib.
Anasının səsinə gələn Nakorn xilasetmə xidmətini köməyə çağırıb. Onlar ilanı vanna otağında unitazın üstündə aşkar edib və xüsusi qutuya yerləşdiriblər. Daha sonra isə onu təbiətə buraxıblar.