3 Mart 2019 14:01
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamentinin sabiq vitse-spikeri Eduard Şarmazanov Paşinyanın Tehrana səfəri zamanı verdiyi bəyanatda casus elan etdiyi erməni siyasətçilərin adlarının açıqlanmasını tələb edib.

Teleqraf.com xəbər verir ki, Eduard Şarmazanov baş nazirin bəhs etdiyi bu şəxslərlə bağlı hüquq-mühafizə orqanlarının fəaliyyətə keçməsinin zəruriliyini vurğulayıb.

Baş nazirin “xarici ölkələrin agentləri dövlətin daxilinə sızmış “Troya atıdırlar” sözlərinə münasibət bildirən Şarmazanov deyib ki, milli təhlükəsizliyinin əhəmiyyətinin dərk edildiyi hər bir normal, demokratik ölkədə bu sözlərin ardından konkret tədbirlər görülməlidir. Onun sözlərinə görə, ictimaiyyət siyasi fəaliyyətlə məşğul olan bu xarici ölkə agentlərinin kim olduqlarını bilməlidir: "Llakin üzərindən iki gün keçməsinə rəğmən nə Paşinyan, nə də onun ətrafındakılar heç bir casusun adını açıqlamayıb. Paşinyan dövlətin sarsıdılması ilə məşğul olduqlarını iddia etdiyi bu siyasi xadimlərin adlarını açıqlamalıdır. Baş nazir artıq parlamentin tribunasından şayiələr yayan müxalifətçi deputat deyil. O, faktiki olaraq güc strukturlarının – konkret desək, polis və təhlükəsizlik xidmətinin tabe olduqları dövlət rəhbəridir. Paşinyan kimi nəzərdə tutduğunu söyləməlidir, əks halda onun sözləri heç bir əsası olmayan növbəti populizm, yalan məlumat, rüsvayçı demaqogiya kimi qəbul ediləcək”, - deyə Eduard Şarmazanov bildirib.

Qeyd edək ki, Nikol Paşinyan Tehranda erməni icmasının nümayəndələri ilə görüşündə bəyan edib ki, onlar xarici ölkələrin agentləri olan siyasi xadimləri rədd etməlidirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər