İstanbulun Bağçalıevlər hissəsində ana-qız olan 82 yaşlı Kezban Ərcan və 52 yaşlı Ayişə Solmazın oğrular tərəfindən öldürülməsi böyük rezonans doğurub.
Teleqraf.com xəbər verir ki, onların ölümündən Kezban Ərcanın kürəkəni İsmayıl Soymaz xəbər tutub.
Qaynanası və baldızının gözə dəymədiyindən şübhələnən kürəkən qonşularla birinci mərtəbədə yerləşən evin qapısını sındırıraq içəri girib. Ana-qızın öldürüldüyünü görəndə hamı şoka düşüb.
Cinayəti bir və ya bir neçə nəfərin törətdiyi məlum deyil. Hadisədən sonra yüzlərlə insan evin qarşısına yığışıb, hüquq-mühafizə orqanlarına müraciət edərək cinayətkarların edam olunmasını tələb ediblər.