Yer kürəsinin 441 min kilometr məsafəsindən "2015 EG" asteroidi keçib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) məlumat yayıb.
42 metrədək ölçüyə malik asteroid ilk dəfə NASA tərəfindən 2015-ci ildə müşahidə olunub.
“Catalina Sky Survey” tədqiqat proqramı çərçivəsində bu ilin fevral ayının 11-də "2019 CN5" asteroidinin Yer kürəsindən cəmi 118,2 min kilometr məsafədə, ayın 15-də isə "2019 CS5" asteroidinin 400 min kilometr məsafədə keçdiyi bildirilir.