6 Mart 2019 17:03
879
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə PKK-ya qarşı İranla birgə əməliyyat keçirəcək.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyənin xarici işlər naziri Süleyman Soylu bildirib.

“Bu istiqamətdə addımlar atmağa çalışırıq. Qarşılıqlı kəşfiyyat dəyərləndirməsi müzakirə mövzusudur”, - o deyib.

Nazir hazırda ölkədə 700-dən çox terrorçunun olduğunu deyib: “Terrorçuların ölkəyə girişi çox azdır. Yanvar ayından etibarən ölkəyə 12 nəfər gəlib. Sərhəddə ciddi təhlüsizlik tədbirləri görülür”.

Süleyman Soylu PKK-nın tarixinin ən çətin dövrünü yaşadığını söyləyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər