İstanbulda Atatürk hava limanında ilin əməliyyatı keçirilib. Belə ki, əməliyyat zamanı 23 ədəd nadir ilan dərisi ələ keçirilib.
Teleqraf.com xəbər verir ki, Gömrük Təhlükəsizliyi və Qaçaqmalçılıqla Mübarizə İdarəsi Əbu-Dabidən İstanbula gələn sərnişindən şübhələnib.
Saxlanılan sərnişinin baqajı araşdırılıb. Araşdırma zamanı şəxsin əşyalarının arasında gizlətdiyi 23 ədəd nadir ilan dərisi müəyyən olunub. Gömrük xidməti ilan dərilərini müsadirə edib.