Ginnesin Rekordlar Kitabına yeni rekord qeyd edilib.
Teleqraf.com xəbər verir ki, 116 yaşlı yapon qadın Kane Tanaka planetin ən yaşlı sakini olaraq qəbul edilib.
Tanaka 1903-cü il yanvarın 2-də böyük bir ailədə doğulub. 1922-ci ildə Hideo Tanaka ilə evlənib və dörd övlad dünyaya gətirib.
Qeyd edilib ki, planetin ən yaşlı sakini hər gün səhər saat 06: 00-da oyanır və riyazi hesablamaları sevir. O, indi Fukuoka qocalar evində yaşayır.
Daha əvvəl isə vəfat edən 117 yaşlı yapon qadın Çiyo Miyako planetin ən yaşlı sakini olaraq qəbul edilmişdi.