10 Mart 2019 01:34
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın Palmir şəhəri yaxınlığında yerləşən Homs əyalətində yaraqlıların basdırdığı minanın partlaması nəticəsində azı 8 dinc sakin ölüb, daha 11 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə şənbə günü SANA agentliyi məlumat yayıb.

"İŞİD terrorçularının Palmir səhrasındakı Arak kəndində basdırdıqları minanın partlaması nəticəsində səkkiz dinc sakin ölüb, daha 11 nəfər yaralanıb", - deyə məlumatda bildirilir.

Daha əvvəl Suriyanın Əl-Malikiyyə yaşayış məntəqəsinin atəşə tutulması nəticəsində iki dinc sakin ölüb, daha səkkizi yaralanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər