10 Mart 2019 20:40
1 996
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Fəratın şərqi və Minbiçdən kürdləri çıxarmasa, biz orada əməliyyat keçirməyə hazırıq.

Teleqraf.com xəbər verir ki, bu bəyanatla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

O, bildirib ki, ötən il dekabrın 14-də ABŞ Prezidenti Trampla telefon danışığından sonra bu əməliyyatı təxirə salıb. Həmin danışıqdan sonra ABŞ prezidenti bu ölkənin qoşunlarını Suriyadan çıxaracağını bəyan edib. Tramp bundan əvvəl bəyan edib ki, Suriyanın Türkiyə ilə sərhədində 30 km enində təhlükəsizlik zonası yaradılmalıdır. Ərdoğan Türkiyənin nəzarəti altında olmaq şərti ilə həmin bufer zonanın yaradılması təklifini dəstəkləyib.


Müəllif: Nahid

Oxşar xəbərlər