12 Mart 2019 15:38
1 205
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin məsuliyyətinin üzərinə yıxmaq üçün adam axtarır”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Past” qəzeti yazıb.

Nəşr Paşinyanın Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfərinə diqqət çəkib:

“Ermənistan Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirmək üçün Qarabağa yola düşdü. Bu səfərin Qarabağ məsələsinə toxunan tərəfinə gəlincə, ölkənin hakimiyyət orqanları bununla bağlı bir neçə varianta malikdirlər. Bu variantlardan birinin sui-qəsd nəzəriyyəsi olduğunu da düşünə bilərik.

Ancaq xüsusilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin sonuncu bəyanatından sonra Paşinyan B planı haqqında düşünməyə başlayıb, ona görə də çox xoş olmayan proseslərin perspektivləri ilə bağlı başqa bir ittiham axtarır.

Hədəfində isə xarici işlər naziri Zohrab Mnatsakanyan var. O, Mnatsakanyanı “təcrübəsiz məmur” adlandıraraq, işinin öhdəsindən layiqincə gəlmədiyini iddia etməyə başlayıb. Bununla bir tərəfdən vaxt qazanmağa çalışacaq, digər tərəfdən bütün günahın yükünü öz üzərindən atmağa cəhd edəcək”.

Qeyd edək ki, bir müddət əvvəl ATƏT-in Minsk qrupu bəyanat yayaraq, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud formatın dəyişdirilməsinin yanlış olduğunu bildirib.

Həmsədrlərin bu bəyanatı Paşinyanın Qarabağdakı separatçı rejimin danışıqlar prosesinə cəlb edilməsi ilə bağlı təklifinə cavab xarakteri daşıyır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər