14 Mart 2019 18:51
494
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın cənubunda Pancqur vilayətindəki bazarların birində partlayış baş verib.

Teleqraf.com xəbər verir ki, partlayış nəticəsində 2 nəfərin öldüyü, daha 7 nəfərin yaralandığı bildirilir.

Məlumata görə, ölən şəxslər partlayış baş verən vaxt avtomobildə olub. Yaralananlardan 3 nəfərin vəziyyətinin ağır olduğu qeyd edilir.

Partlayışla bağlı məsuliyyəti hər hansı terror təşkilatı öz üzərinə götürməyib.


Müəllif: Teleqraf.com