Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın təzyiqlərinə baxmayaraq, Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemlərini alacaqlarını bildirib.
Teleqraf.com xəbər verir ki, dövlət başçısı bu məsələnin müzakirə edilməyəcəyini deyib.
Ərdoğan qeyd edib ki, raket sistemlərinin alınması ilə bağlı geriyə doğru addım atmaq üçün heç bir səbəb yoxdur: “Bu məsələ bitdi. Geriyə addım atmaq kimi bir problem yoxdur. Rusiya bu ilin iyul ayından müdafiə sistemlərinin təslim edilməsinə başlayacaq”.
Ərdoğan bununla belə, ABŞ-dan “Patriot” hava hücumundan müdafiə sistemlərini almaq üçün irəli sürülmüş şərtlərə baxılmasının mümkünlüyünə də diqqət çəkib: “Lakin bununla bağlı müəyyən fikir ayrılıqları var. Rusiyanın şərtləri isə daha əlverişlidir”.