16 Mart 2019 11:42
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Zelandiyanın Kraystçerç şəhərində yerləşən məsciddə baş verən qətliamın şahidi, Səudiyyə Ərəbistanından olan Asil əl-Ənsari qanlı olay barədə danışıb.

Teleqraf.com xəbər verir ki, “Al-Arabia” telekanalına danışan gənc hadisə baş verdiyi an polisə zəng etdiklərini, lakin polisin olay yerinə gec gəldiyini bildirib.

Ənsari məscidə daxil olan terrorçunun əvvəlcə qarşısına çıxanları, axırda isə məscidin imamını vurduğunu deyib.

Qeyd edək ki, martın 15-də Yeni Zelandiyanın Kraystçerç şəhərində yerləşən iki məscidə silahlı hücum olub. Hücumlarda 49 müsəlman qətlə yetirilib, 48 nəfər isə yaralanıb.

Yeni Zelandiya Baş naziri Jakinda Ardern olayı terror hücumu adlandırıb. Hücumla əlaqəsi olan 3 nəfər həbs olunub.


Müəllif: Mənsur Rəğbətoğlu