20 Mart 2019 00:13
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan prezidenti Nursultan Nazarbayev rusiyalı həmkarı Vladimir Putinlə telefonda istefasını müzakirə edib və onlar gələcəkdə müntəzəm əlaqə saxlamaq barədə razılığa gəliblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidmətinə istinadən RİA "Novosti" məlumat yayıb.

"Dövlət başçıları Qazaxıstan prezidenti Nursultan Nazarbayevin 20 mart 2019-cu il tarixindən səlahiyyətlərinin icrasını dayandırmaq barədə qərarından söhbət ediblər", - deyə məlumatda bildirilir.


Müəllif: Teleqraf.com