21 Mart 2019 12:21
1 887
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə olan Yunanistan xarici işlər naziri Nikos Kotzias məsələ ilə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, yunan nazir türk həmkarı Mövlud Çavuşoğlu ilə görüşdən sonrakı mətbuat konfransında deyib: "Türkiyənin Şərqi Aralıq dənizində beynəlxalq hüquq çərçivəsində haqları var. Biz bu haqların təmin olunmasının fərqindəyik".

Mövlud Çavuşoğlu isə Kipr müzakirələridən danışıb. O, deyib ki, Türkiyə bu problemlə bağlı hər iki tərəfi razı salan həll variantını istəyir.

***

10:05

İsrailin Qüds şəhərində Baş nazir Benyamin Netanyahu, Yunanıstan Baş naziri Aleksis Çirpas və Cənubi Kipr lideri Nikos Anastasaidis görüş keçiriblər. Sammitə ABŞ dövlət katibi Mayk Pompeo da qatılıb.

Teleqraf.com xəbər verir ki, sammit Aralıq dənizində yeni kəşf olunmuş enerji ehtiyatlarının hasilatına həsr olunub.

Görüşdən sonra verilən açıqlamada deyilir: "Liderlər enerji müstəqilliyi və təhlükəsizliyini dəstəkləmək, Şərqi Aralıq dənizində xoşagəlməz xarici müdaxilələrdən müdafiə olunmaq üçün əməkdaşlığı inkişaf etdirmək qərarına gəldilər".

Qeyd edək ki, bu yaxınlarda Aralıq dənizinin şərqində, yunan Kiprinə yaxın ərazidə böyük qaz ehtiyatları kəşf edilib.

Türkiyənin narazalıqlarından ehtiyatlanan Cənibi Kipr Respublikası Yunanıstan və İsrailin qaz konsersiumuna qoşa bilib.

Son sammit göstərir ki, bu işə ABŞ da dəstək verir.


Müəllif: Hacı Zeynalov, Mahir

Oxşar xəbərlər