22 Mart 2019 19:05
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün ABŞ-ın keçmiş prezidenti Cimmi Karter ən yaşlı keçmiş prezident olacaq.

Teleqraf.com xəbər verir ki, 94 yaşlı Karter keçmiş prezident Corc Buşun əvvəlki rekordunu yeniləyəcək.

Karter Mərkəzinin yaydığı məlumata görə, Cimmi Karter və həyat yoldaşı sağlam həyatlarına xüsusi pəhrizlə davam edir.

Nobel Sülh Mükafatı və üç Qrammi mükafatının sahibi olan Cimmi Karter ən yaşlı ABŞ prezidenti adını da əldə edəcək.

Cimmi Karter vətəndaş müharibəsindən sonra prezidentliyə seçilmiş ilk cənublu oldu. O, həmçinin bir neçə roman çap etdirmiş yeganə yazıçı olan ABŞ prezidentidir.

Karter dəqiqədə 2000 söz oxumaqla da diqqəti üzərinə çəkə bilib.


Müəllif: Mənsur Rəğbətoğlu