ABŞ Prezidenti Donald Trampın Qolan təpələri ilə bağlı açıqlaması bölgədə yeni böhranının əsasını qoydu.
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda İslam Əməkdaşlıq Təşkilatının toplantısında çıxışı zamanı deyib.
O, sözünə belə davam edib: "Bu ərazi 1967-ci ildən İsrailin işğalı altındadır. Bununla təkcə ərəblər yox, türkmənlər də oradan köçməyə məcbur olub. Belə bir həssas məsələni sükutla qarşılamağımız qeyri-mümkündür.
Qolan təpələrinin işğalının qanuniləşdirilməsinə əsla izn vermərik və verməyəcəyik".