Türkiyənin “Habertürk” telekanalının aparıcısı Məltəm Acet 14 illik həyat yoldaşı Onat Acetdən boşanıb.
Teleqraf.com xəbər verir ki, məhkəmə Onat Acetin Məltəm Acetə 6 milyon lirə mənəvi təzminat ödəməsinə qərar verib.
Cütlük son zamanlar aralarında tez-tez baş verən mübahisələrə görə boşanıb. Məhkəməyə təqdim edilən anlaşmalı boşanma protokoluna görə, cütlüyün 12 yaşlı uşaqları anasında qalacaq.
Məltəm Acet boşandıqdan sonra həyat yoldaşının soyadından imtina etməyəcək.