23 Mart 2019 22:43
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Böyük yeddilik” (G7) ölkələri səfirləri Ukraynanın daxili işlər naziri Arsen Avakova məktub yazaraq siyasi ekstremist qruplara qarşı tədbir görməyi xahiş ediblər.

Teleqraf.com xəbər verir ki, diplomatlar bu qrupların martın 31-də ölkədə keçiriləcək seçkini poza biləcəyindən ehtiyatlanırlar.

Məktublar “Ukraynaya G7 dəstəyi qrupu” tərəfindən hazırlanıb. Bura Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, ABŞ və Böyük Britaniyadan olan səfirlər daxildir. “Qordon” nəşri məlumat yayıb ki, Avakov məktubu aldığını təsdiqləyb.

“Bəli, belə bir məktub almışam. Onlar xahiş edirlər ki, səsvermədə düzgünlüyə riayət edilsin”, – deyə nazir bildirib.


Müəllif: Səxavət

Oxşar xəbərlər