Hələ Yeni il ərəfəsində Macarıstanda ölkəyə saxta sənədlərlə daxil olmaq istəyən 27 yaşlı suriyalının İŞİD-in “veteranı” olduğu məlum olub. Bu, saxlanılan həmin şəxslə bağlı ölkənin hüquq-mühafizə orqanlarının araşdırmasından sonra üzə çıxıb.
Saxlanılan suriyalı üç il ərzində terror təşkilatının apardığı döyüşlərdə iştirak edib. Ona qarşı terror aktına bərabər tutulan birinci dərəcəli qətl ittihamı irəli sürülüb. “İndex.hu” saytının məlumatına görə, ötən il dekabrın 30-da saxlanılan suriyalı şərti cəza ilə həbsxanada saxlanılıb və onun barəsində geniş araşdırma aparılıb. Onun Homs şəhərində İŞİD-ə qoşulmaq istəməyən adamın edamında iştirakı və cinayət tərkibli digər videokadrları üzə çıxarılıb.