"Taliban" terror hərəkatının yaraqlıları Əfqanıstanın Hilmənd əyalətində yerləşən Sanqin rayonunda posta hücum ediblər.
Nəticədə 10 hərbçi ölüb, daha 13-ü yaralanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinə istinadən 1TV telekanalı məlumat yayıb.
Bildirilir ki, taliblər də aviazərbələr və toqquşmalar zamanı itki veriblər.