26 Mart 2019 16:22
1 217
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı qarışıq əlbəyaxa döyüş növləri ustası Həbib Nurməhəmmədov bir neçə saat əvvəl irlandiyalı döyüşçü Konor Makqreqorun idman karyerasını bitirməsi ilə bağlı bəyanatını şərh edib.

Teleqraf.com xəbər verir ki, “Cəngəllikdə yalnız bir kral ola bilər. Yalnız bir”, - deyə rusiyalı döyüşçü Twitter hesabında yazıb.

Qeyd edək ki, Makreqorun MMA-dan gedişi ilə bağlı gözlənilməz qərarı sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.


Müəllif: Teleqraf.com