Səudiyyə Ərəbistanında çıxan "Ukaz" qəzetində Türkiyə tarixindən bəhs edən 2 məqalə dərc olunub.
Teleqraf.com xəbər verir ki, "İŞİD-in ilk dövləti 1999-1923" adlanan məqalədə Osmanlı imperiyasının tarixindən bəhs edilir.
Məqalədə Osmanlı dövlətinin radikal və istismarçı imperiya olduğu vurğulanır.
Digər bir məqalə isə "Yeni Osmanlı babalarının imperiyasında nə axtarır?" adlanır.
Hər iki məqalədə Osmanlı tarixinə iftira atılır.
Türkiyə mediası Səudiyyə Ərəbistanının bu iftiralarını Qolan təpələri ilə bağlı Türkiyənin ABŞ əleyhinə tutduğu mövqeylə əsaslandırır.