28 Mart 2019 18:12
1 178
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış Güney azərbaycanlı şairə və yazıçı Məhsa Əbdüləlizadə 28 yaşında vəfat edib.

Teleqraf.com xəbər verir ki, o, üç ay əvvəl dəm qazdan zəhərlənmə səbəbi ilə komaya düşüb.

1991-cı ildə doğulan Məhsa Əbdüləlizadə Güney Azərbaycanın Meşginşəhr (Xiyav) şəhərində yaşayıb. Onun Azərbaycan türkcəsində bir neçə əsəri var.

Məhsa Əbdüləlizadə türk dili və ədəbiyyatı sahəsində tanınmış mədəni fəallardan biri olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər