Antalyada səfərdə olan Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlara başlamazdan əvvəl jurnalistlərlə zarafatlaşıb.
Teleqraf.com xəbər verir ki, Sergey Lavrov jurnalistlərdən nazirlərin rəqsini gözləyib-gözləməklərini soruşub.
“Siz nəyisə gözləyirsiniz? Siz istəyirsiniz ki, biz hərəkətə keçib rəqs edək, ya necə?”, - deyə rusiyalı nazir deyib.
Onun bu sözləri jurnalistlərin gülüşünə səbəb olub.
Qeyd edək ki, iki ölkənin XİN rəhbəri Antalyada görüşüblər. Mövlud Çavuşoğlu və Sergey Lavrov bağlı qapılar arxasında jurnalistlərin iştirakı olmadan müzakirələr aparıblar. Görüşün yekunu olaraq nazirlər 2019-2020-ci illər üzrə məşvərət planını imzalayacaqlar.