İstanbula da bahar gələcək, Ankara gəldiyi kimi. Bütün təzyiqlərə rəğmən uğur əldə edirik. Biz uğurumuzu Türkiyədə 81 milyonun uğuru kimi görürük.
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu deyib.
Son bələdiyyə seçkilərində AKP-dən sonra ikinci ən çox səs alan ana müxalifət partiyası CHP-nin lideri bəyan edib ki, indiyə qədər çoxlu sayda seçki mərhələsi yaşanıb: “Ancaq ilk dəfə bu qədər ədalətsiz bir seçkilərlə üz-üzə qaldıq. Bütün basqılara rəğmən xalqımız demokratiyanın yanında olduğunu ifadə etdi. Türkiyədə demokratiyanın olması və inkişafı bölgəmiz üçün son dərəcə önəmlidir.
İstanbulda Əkrəm İmamoğlu qardaşımız seçkiləri udmuş vəziyyətdədir. Baş nazirlik, parlament sədrliyi vəzifəsində olan birinin fakt olmadan “biz udduq” deyə ortaya çıxmasını, belə açıqlama verməsini Binəli Yıdırıma yaraşdırmıram. Biz bütün fikirlərə və bəyanatlara fakt əsasında baxırıq. Buradan İstanbulda olan bütün dostlarımıza səslənirəm. 48 saat ərzində heç kəs yatmayacaq, seçki qutularını tərk etməyəcək”.