Benqal şəhərində 3 milyon insanın ölümü ilə bağlı aparılan araşdırmalardan bəlli olub ki, fəlakətə istilər və quraqlıq deyil, İngiltərə Baş naziri Uinston Çörçillin yanlış siyasət səbəb olub.
Teleqraf.com xəbər verir ki, ABŞ və Hindistan araşdırmaçılar 1943-cü ildə 3 milyon insanın ölümünə səbəb olan “Benqal quraqlığı” mövzusu ətrafında ciddi tədqiqat aparıblar.
Araşdırmanın nəticəsindən belə məlum olub ki, o dövrdə İngiltərə baş naziri olan Çörçillin siyasət Benqalda böhrana səbəb olub və bunun nəticəsində insanlar ölüb.
Geophysical Reserch Letters jurnalı araşdırmanın nəticəsinə istinad edərək bildirir ki, Benqalda milyonlarla insanın ölümünə iqlim dəyişikliyi və quraqlıq səbəb olmayıb. 1943-cü ildə bölgəyə düşən yağışın miqdarı normal həddə olub. Sadəcə Uinston Çörçillin taxıl ixracı mövzusunda verdiyi qüsurlu qərarlar fəlakətə səbəb olub.
Qeyd edək ki, Uinston Çörçill zamanında Hindistanın müharibəyə dəstək verməsi məqsədilə ölkəsinə yüksək miqdarda taxıl ixracatında israr edib.