2 Aprel 2019 13:43
2 865
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan ordusunun Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə dislokasiya edilmiş bölməsinin “komandiri”, general Samvel Karapetyan (Oqanovski) istefa verib.

Teleqraf.com xəbər verir ki, erməni general 1990-cı illərdə Ermənistan ordusu tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsinə fəal iştirak edib.

Samvel Karapetyan (“Oqanov Samo”) Qarabağda separatçı hərəkatın liderlərindən biri olub. 1988-ci ildən Qarabağdakı separatçı erməni hərəkatına qoşulub. 1988-ci il fevralın 22-də ermənilərin separatçı fəaliyyətlərinə etiraz olaraq Ağdamdan Xankəndində yürüş edən 10 mindən çox azərbaycanlının qarşısının odlu silahlarla alınmasında fəal iştirak edib. O, Qarabağda ilk cinayətini də bu vaxt işləyib.

Bundan sonra Dağlıq Qarabağın işğadl edilməsində fəal iştirak edən separatçı general törətdiyi saysız cinayətlərə görə “Oqanov Samo” ləqəbi ilə tanınıb.

Onun başçılıq etdiyi separatçı erməni alayı 1992-1994-ci illər aralığında Azərbaycanın 18 yaşayış məntəqəsinin ələ keçirilməsində birbaşa iştirak edib. Bu məntəqələr arasında Şuşa, Laçın, Əsgəran, Kəlbəcər, Füzuli, Xocalı və digər rayonlar var. Xocalıda silahsız azərbaycanlılar soyqırıma məruz qalanda Samvel də öz qaniçən alayı ilə birlikdə orada olub.

Azərbaycan ordusunun 1993-1994-cü illərdə Horadizdə həyata keçirdiyi uğurlu əməliyyatda ağır yaralansa da, həyatını xilas etmək mümkün olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər