Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Polşanın RAR xəbər agentliyi ölkəsinin yüksək vəzifəli diplomatına istinadən bildirib.
Polşa diplomatının məlumatına görə, Kiyev ABŞ və NATO-nun Rusiya ilə münaqişədə iştirak etməsini istəyir. O, qeyd edib ki, hazırda Ukraynaya silah çatdırılması ilə bağlı qadağa mövcud deyil .
“Kiyev çox istəyərdi ki, ABŞ və NATO Rusiya ilə münaqişədə iştirak etsin. Necə ki bu Şimali İraqda İŞİD terror təşkilatına qarşı aviasiya zərbələri ilə edilir”. -agentliyin həmsöhbəti qeyd edib.
Onun sözlərinə görə, NATO-nun 4-5 sentyabr tarixlərində Uelsdə keçiriləcək sammitdə Ukraynaya silah çatdırılması məsələsi müzakirə ediləcək.