3 Aprel 2019 12:19
1 613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili prezidentliyə namizəd Vladimir Zelenski seçkilərin ikinci turunda qələbə qazandıqdan sonra Ukraynaya dönəcəyini bəyan edib.

Teleqraf.com xəbər verir ki, siyasətçi bu barədə “Rustavi 2” telekanalına müsahibəsində bildirib.

“Ukraynada faktiki olaraq inqilab baş verib. Heç şübhəsiz, Vladimir Zelenski ikinci turda qalib gələcək. Mən Ukraynaya məftunam. Mütləq geri dönəcəm və Ukrayna vətəndaşlığını bərpa edəcəyəm”, – Saakaşvili deyib.

Bununla yanaşı o əlavə edib ki, özünün siyasi gələcəyini Ukrayna ilə bağlamır və hətta ölkənin baş naziri vəzifəsi təklif olunsa belə, bundan imtina etməyə hazırdır.

“Mənim gələcək planlarım Gürcüstanla bağlıdır”, – Saakaşvili bildirib.

Bundan öncə Saakaşvili Zelenskini “Ukraynanın növbəti prezidenti” adlandırmış və bütün demokratik qüvvələri onun namizədliyini dəstəkləməyə çağırmışdı.


Müəllif: Səxavət

Oxşar xəbərlər