İŞİD terror təşkilatı ikinci ABŞ vətəndaşının da başını kəsib.
Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, təşkilat jurnalist Steven Sotloffun da başının kəsildiyini göstərən bir video yayımlayıb.
Görüntülərdə “Time” və “Foreign Policy” nəşrləri üçün çalışan Steven Sotloffun başının kəsildiyi görünür. O, keçən ilin avqust ayında Suriyada qaçırılmışdı.
Steven Sotloff bundan əvvəl başı kəsilən Ceyms Foleyin göstərildiyi videoda edam olunacaq növbəti şəxs olaraq göstərilmişdi. Bu videoda isə başı kəsiləcək növbəti şəxsin ingilis əsir David Hanes olduğu göstərilib.