Məşhur amerikalı müğənni Britni Spirs ruhi-əsəb xəstəlikləri dispanserinə maraciət edib.
Teleqraf.com xəbər verir ki, sənətçinin bir həftə əvvəl dispanserə getdiyi və təxminən orada bir ay qalacağı bildirilib.
Məlumata görə, Britni Spirsin atasının ağır xəstəliyindən sarsılıb və səhhətində narahatlıq yaranıb.
Ata Ceyms Spirs bağırsaq problemlərinə görə iki əməliyyat keçirib və ikini əməliyyatdan sonra vəziyyəti tamamilə ağırlaşıb.