Qəbilələr arasında baş verən silahlı qarşıdurmada 62 nəfər öldürülüb.
Teleqraf.com xəbər verir ki, hadisə Afrikanın Bukrina Faso adlı ölkəsinin şimalındakı Hamkane yaşayış məntəqəsində baş verib.
Ölkənin torpaq və sosial bərabərlik naziri Semyon Savodoqo bəyan edib ki, Mali sərhədlərinə yaxın olan Hamkane şəhərinə aid Arbində qəbilələr bir-birini qırıb.
Dəhşətli qarşıdurma Hamkanenin dini liderinin böyük oğlu və qardaşının ötən həftə öldürülməsindən sonra baş verib.