4 Aprel 2019 11:10
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Atlantika Hərbi Alyansının (NATO) yaranmasınmın 70-ci il dönümü qeyd olunur.

Teleqraf.com xəbər verir ki, II Dünya Müharibəsindən sonra yaranan və əsas hədəfi SSRİ-yə qarşı müqavimət gücünü artırmaq olan NATO-nun üzv dövlətlərinin xarici işlər nazirləri 70 illik yubileyi qeyd etmək məqsədilə Vaşinqtona toplaşıb.

Qeyd edək ki, Türkiyə NATO-ya ən ciddi maliyyə və hərbi dəstək verən səkkizinci ölkədir.

Hazırda 30-cu dövləti üzvlüyə qəbul etməyə hazırlaşan NATO-da daxili gərginlik yaşayır.

Yaranmasının 50 və 60-cı ildönümü müttəfiq dövlət liderlərinin iştirakı ilə qeyd olunsa da, 70 illik yubiley xarici işlər nazirləri səviyyəsində keçirilir.

Son zamanlar NATO daxilində ən ciddi problem kimi ABŞ Prezidenti Donald Tramp faktoru göstərilir. Tramp özündən əvvəlki prezidentlərdən fərqli olaraq bu quruma ciddi əhəmiyyət vermir, digər dövlətlərdən NATO-ya əlavə maliyyə ayırmasını tələb edir.

Hazırda NATO-nun maliyyə yükünün əsas hissəsini ABŞ daşıyır. Müttəfiq ölkələr 2014-cü ildən ümum daxili məhsullarının 2 faizi həcmində NATO-ya maliyyə ödəməyə çalışır.

2016-cı ildən bu yana NATO müdafiə sahəsinə əlavə 41 milyard dollar xərclənib. Bu rəqəmin 2019-2020-ci illərdə 100 milyarda çıxarılması planlaşdırılır.

Hazırda yalnız 7 NATO ölkəsi ümum daxili məhsulun 2 faizi civarında alyansa maliyyə ayırır.


Müəllif: Cavad

Oxşar xəbərlər