4 Aprel 2019 22:26
2 632
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya və Ukraynanı birləşdirən ümumi tarix olsa da, bu gün iki ölkənin xalqları arasında qardaşlıq hiss olunmur. Bu mənim şəxsi fikrimdir".

Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya XİN sözçüsü Mariya Zaxarova «Exo Moskva" radiosuna müsahibəsində bildirib.

"Şəxsən mən hazırda Ukrayna xalqı ilə qardaşlıq münasibətlərini hiss eləmirəm. Biz ortaq tarixə malikik, amma qardaşlıq hisslərini paylaşmıram", - diplomat deyib.

Zaxarovanın sözlərinə görə, Ukraynadakı son vəziyyət son dərəcə mürəkkəb və dramatikdir.

Qeyd edək ki, Ukraynada seçkilərin ilk turu martın 31-də keçirilib. Ukrayna Mərkəzi Seçki Komissiyasının rəyinə əsasən, namizədlərin heç biri birinci turda lazımi sayda səs toplamayıb. Prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək.


Müəllif: Teleqraf.com