ABŞ prezidenti Donald Tramp rəsmi Moskva və Pekinə hərbi xərclərin azaldılması istiqamətində birgə razılığa gəlinməsi barədə çağırış edib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Tramp Çinin baş nazirinin müavini Lyu Xe ilə görüşü zamanı deyib: "Rusiya və Çin biz də nüvə silahı da daxil olmaqla, yüz milyard dollarlıq silah istehsal edirik. Bu, sadəcə, gülməlidir".
Amerika lideri silahlanma üçün ayrılan mövcud xərcləri mənasız adlandırıb: "Üç ölkə silahlanmaya ayrılan vəsaiti dayandırıb və həmin pulu daha məhsuldar şeylərə xərcləməyi razılaşdıra bilərlər".