İraq hakimiyyəti İranda davam edən daşqın səbəbindən bu ölkə ilə “Şiib” sərhəd-keçid məntəqəsinin bağlanması barədə qərar qəbul edib.
Teleqraf.com xəbər verir ki, İraq bununla bağlı İranın müvafiq qurumunu xəbərdar edib. Bu barədə İraq təhlükəsizlik qüvvələrindəki mənbə məlumat yayıb.
“Siib” sərhəd-keçid məntəqəsi İraqın cənubundakı Miysan əyalətində yerləşir.