Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovla Liviya Milli Ordusunun lideri Xəlifə Haftar arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda Moskvanın Liviyadakı bütün ixtilafların siyasi yollarla həllini dəstəklədiyi bildirilib. Tərəflərin həmçinin terror və radikal ideologiya ilə mübarizə səylərinin artırılması barədə müzakirə apardığı qeyd edilib.
Qeyd edək ki, bundan öncə Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu Tripoliyə hücum edib. Hücum nəticəsində Tripolinin cənub-qərbi və Qaryan şəhəri ələ keçirilib.
Hücumdan dərhal sonra Faiz Saracın rəhbərlik etdiyi Liviya Milli Hökumətinin nümayəndələri Tunisə qaçıblar.