“Türk axını” qaz kəmərinin torpaq səthində inşası plan üzrə gedir.
Teleqraf.com xəbər verir ki, bunu Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüş zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“İlk növbədə “Türk axını”na toxunmaq istəyirəm. Bəli, həqiqətən də qaz kəmərinin dəniz hissəsinin tikintisi başa çatdırılıb, quru hissədə işlər planlaşdırıldığı kimi davam edir. Bizim qarşımızda qaz kəmərinin bu hissəsində də işləri nəzərdə tutulan vaxtda yekunlaşdırmaq vəzifəsi durur”, – deyə Ərdoğan Putinlə görüş öncəsi bildirib.
Qeyd edək ki, Ərdoğan Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının VIII iclasında iştirak etmək üçün Moskvaya səfər edib. Səfər çərçivəsində iki ölkə liderinin danışıqları keçirilir.