Rusiya və Ermənistandan olan xilasedicilər təbii fəlakətdən ziyan çəkən İrana humanitar yardım göndərməyə başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Rusiya və Ermənistan fövqəladə hallar nazirlikləri İran İslam Respublikasının xahişi ilə bu ölkənin təbii fəlakətdən ziyan çəkən əhalisinə humanitar yardım göndərməyə başlayıblar”, – deyə nazirlikdən “RİA-Novosti”yə bildirilib.
Humanitar yardıma çadır, ədyal və qatlanan çarpayı daxil olmaqla ümumilikdə 4 min vahiddən çox material daxildir.
Novruz bayramından bir gün sonra İranda başlayan sel və daşqınlar nəticəsində ölənlərin sayı artıq 70 nəfərə çatıb. On minlərlə insan təbii fəlakətdən ziyan çəkib.