11 Aprel 2019 08:25
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya işi” çərçivəsində xüsusi prokuror Robert Müllerin komandasının apardığı araşdırma qanunsuz idi.

Publika.az xəbər verir ki, bu haqda Birləşmiş Ştatların prezidenti Donald Tramp bildirib.

“Beləliklə, Trampa nifrət edən 18 nəfər indi müəyyən etdilər ki, Rusiyayla heç bir sözləşmə olmayıb. Bu, qanunsuz araşdırma idi, heç başlanmamalı idi”, - Tramp tvitterdə yazıb.

Aprelin 9-da ABŞ-ın Baş prokuroru Uilyam Barr bildirib ki, bir həftə ərzində “Rusiya müdaxiləsi” haqqında Robert Müllerin məruzəsini elan etməyi planlaşdırırlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər