11 Aprel 2019 16:53
1 167
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə Ermənistanla münasibətlərini Azərbaycanla əlaqələndirir”.

Teleqraf.com xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasında (AŞPA) çıxışı zamanı Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Paşinyan ölkəsinin Azərbaycan və Türkiyə ilə münasibətlərindən danışıb:

“Təəssüf ki, Azərbaycan və Türkiyə ilə diplomatik əlaqələrimiz yoxdur. Azərbaycanla münasibətlərimiz bəlli olsa da, Türkiyə ilə bu, bir az fərqlidir. Hesab edirəm ki, Türkiyə Ermənistanla münasibətlərini Azərbaycanla əlaqələndirir”.

O, Türkiyə ilə münasibətlərə açıq olduğunu bildirib: “Ermənistanın bu məsələdə mövqeyi bəllidir. Xüsusilə, Türkiyə ilə hansısa ön şərt olmadan münasibət qurmağa hazırıq. Bunu əvvəllər də bəyan etmişik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər