Türkiyə Rusiyadan S-400 raketləri almaq məsələsində seçim etməlidir. Bu, Türkiyəni F-35 proqramında iştirakını böyük riskə atır və sanksiyalarla üz-üzə qalmasına şərait yaradir.
Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Trampın Türkiyəyə səfir təyin etdiyi David Mixail Satterfield deyib.
Yeni səfir ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində sualları cavablandırarkən qalmaqal yaradan cavablarla yadda qalıb.
O, ABŞ-Türkiyə münasibətlərinin çox çətin dövrə qədəm qoyduğunu qeyd edib.
Türkiyənin NATO-nun mühüm üzvü olduğu üçün seçim etmək məcburiyyətində qaldığına diqqət çəkən diplomat əlavə edib ki, əgər komitə onun səfir olmasını təsdiq edərsə Türkiyəyə düzgün strateji qərar vermək üçün təzyiqlər edəcək.