Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu tvitterdə məni bloklayıb.
Teleqraf.com xəbər verir ki, bunu dünən Antalyada keçirilən NATO seminarında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun çıxışı zamanı iclası tərk edən Fransa parlamentinin deputatı Sonia Krimi bildirib.
Qeyd edək ki, Antalyada keçirilən NATO seminarında çıxış edən Çavuşoğlunun Fransanın saxta erməni soyqrımını tanımasını tənqid edib: “Soyqrım və tarix mövzusunda Türkiyəyə dərs verə biləcək ən son ölkə Fransıdır”.
Bundan sonra fransalı deputat Sonia Krimi toplantını tərk edib.
Sonradan Krimi tvitterdə açıqlama verərək bildirib ki, Fransa öz tarixi ilə necə baş çıxaracağını bilir. 24 apreli erməni soyqrımını anmaq günü elan edərkən kimsəyə dərs vermək niyyəti olmayıb.