Suriyada “İraq-Şam İslam Dövləti”nin (İŞİD) tərkibində Əsədə qarşı vuruşan əcnəbilərin sayı açıqlanıb.
Teleqraf.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə məlumat The Telegraph qəzetində dərc olunub. Məlumatda “İŞİD”-in tərkibində döyüşən türk əsgərlərinin 500 nəfər olduğu bildirilir. Həmçinin o da qeyd edilir ki, bu terror təşkilatında 70 ölkədən 11 min adamın iştirak edir.
Xəbərdə yalnız Avropa ölkələrindən 2 min adamın “İŞİD” üçün vuruşduğu söylənilir. Açıqlanan rəqəmlərdə Türkiyədən 500, Rusiyadan 423, Serbiyadan 350, Belçikadan 296, Kosovadan 150, Albaniyadan isə 140 nəfər olduğu göstərilir.
The Telegraphın bu məlumatların etibarlı mənbələrə əsaslanaraq yayıldığını bildirib.
Samir