14 Aprel 2019 17:32
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransalıların 82 faizi ölkə prezidenti Emmanüel Makronun həyata keçirdiyi sosial-iqtisadi siyasətin dəyişdirilməsini istəyir.

Teleqraf.com-un məlumatına görə, bu barədə "Ifop" sosial xidmətinin keçirdiyi və "Le Journal du Dimanche" qəzetində dərc edilmiş sorğunun nəticələrində deyilir.

Məlumata əsasən, hakimiyyətin sosial-iqtisadi sahədə fəaliyyətindən narazı olanların sayı son aylar ərzində 4% artıb.

Bundan əlavə, təxminən 80 faiz Fransa vətəndaşı gəlir vergisinin azaldılmasını istəyib. Həmçinin sorğuda iştirak edənlərin 72 faizi ən kasıblara dövlət yardımının artırılmasını istəyiblər.

Qeyd edək ki, sorğu 12-13 aprel tarixlərində keçirilib. Sorğuda 18 yaşdan yuxarı təxminən min nəfər iştirak edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər