3 Sentyabr 2014 21:27
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın baş naziri Sindzo Abe rekord vurub. O, birdən-birı 5 qadını Nazirlər kabinetinin üzvü təyin edib.

ANS PRESS-in məlumatına görə, Nazirlər kabinetində hazırda 13 kişi və 5 qadın var.

Yaponiyada parlament üzvlərinin 10 faizi, Yaponiya şirkətlərinin idarə heyətlərinin isə cəmi 3,9 faizi qadınlardır.

Müqayisə üçün, ABŞ-da şirkətlərin rəhbərliklərində qadınlar 12 faizdir. Fransada isə bu, daha çoxdur - 18 faiz.

Yaponiyanın baş naziri Abe 2020-ci ilə gender məsələsində hədəf də qoyub. Özəl və dövlət sektorunda rəhbərlikdə qadınlar azı 30 faiz təşkil etməlidir.

Yaponiya Qlobal Gender Fərqi hesabatında dünyada 105-ci yerdədir.


Müəllif: