Almanlar 2018-ci ildə 8 ton 918 kiloqram qızıl almaqla tarixi rekordu təzələyiblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Steinbeis Universitetinin araşdırmasında qeyd olunur.
Araşdırmaya görə, aşağı faiz dərəcələri, bazarlardakı təlatümlər alman xalqının diqqətini qızıla yönəldib.
Almanlar başa vurduğumuz ildə 9 tona qədər qızıl alıb. Bu qızılın 4 ton 925 kilosu külçə, 4 tonu isə ləl-cavahirat şəklində alınıb.
2016-cı ildən indiyə qədər almanların qızıl ehtiyatı 246 ton həddi keçib. Hazırda dünyada qızıl ehtiyatlarının 6,5 faizi almanların ixtiyarındadır. Almanların sahib olduğu qızılların dəyəri 458 milyard avro civarında qiymətləndirilir.
Universitetin araşdırmasına görə, hər bir alman 89 qram qızıla sahibdir.