18 Aprel 08:26

Çinin Çenyan şəhərində (Lyaonin əyaləti) yerli vaxtla saat 13:50-də meşədə yanğın başlayıb.

Teleqraf.com xəbər verir ki, güclü külək səbəbindən yanğın tez bir zamanda böyük məsafəyə yayılıb. Yanğının söndürülməsi üçün 4 min canlı qüvvə, 2 helikopter, 6 pilotsuz uçuş aparatı və 150-dən artıq yanğınsöndürən avtomobil cəlb edilib.

Yerli vaxtla saat 21:40 üçün 11 nəfər təhlükəsiz yerlərə təxliyə edilib. Yanğın nəticəsində ölənlər və yaralananlar barədə məlumat verilmir.

Yanğını səbəbi araşdırılır.


Müəllif: Teleqraf.com