Yəmənin sabiq prezidenti Əli Abdulla Salehi və iki Husi hərbi birləşməsinin komandirinin Türkiyədəki əmlak və sərvətinə BMT Təhlükəsizlik Şurasının qərarına paralel olaraq 2020-ci ilə qədər sanksiya qoyulub.
Teleqraf.com xəbər verir ki, Türkiyənin Rəsmi qəzeti ölkə prezidentinin bununla bağlı qərarını yayıb.
Qərara görə, Yəmənin sabiq prezidenti Abdullah Salehi, Yəməndə Husi hərbi komandiri Abdul Xalid Əl-Houthi və Husi komandiri Abdulla Yəhya Əl-Hakimin Türkiyədəki əmlak və bank hesabı 2020-ci ilin 26 fevralına qədər dondurulub.